...

Valideynlər övladlarının azad ixtisas seçiminə mane olur - Məleykə Abbaszadə

Cəmiyyət Materials 15 İyul 2022 16:31 (UTC +04:00)
Valideynlər övladlarının azad ixtisas seçiminə mane olur - Məleykə Abbaszadə
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda valideynlər övladlarının azad ixtisas seçimi etməyinə mane olur. Hərdən maksimal bal toplayan abituriyentə ailələri təkid edir ki, sən hüququ seç, yaxud başqa ixtisası seç.

Trend-in məlumatına görə, bunu “Yüksəliş” müsabiqəsinin final mərhələsinin açılış mərasimində çıxış edən Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O qeyd edib ki, 30 yaşında şəxs dövlət qulluğuna qəbul olmaq üçün imtahan verir.

“Nəticələrdən narazı olan namizədin atası apellyasiya üçün bizə müraciət edir. Hələ də müəyyən gənclər var ki, onlar valideynlərin verdiyi komfort mühitdən kənara addım atmaq istəmirlər", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti