...

Bu günə qədər iki nəfərdən meymunçiçəyi testi götürülüb, nəticələr neqativdir - Nazirlik

Cəmiyyət Materials 18 İyul 2022 12:21 (UTC +04:00)
Bu günə qədər iki nəfərdən meymunçiçəyi testi götürülüb, nəticələr neqativdir - Nazirlik
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün üçün meymunçiçəyi ilə bağlı ölkədə yoluxma faktı qeydə alınmayıb.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, epidemioloji vəziyyət diqqətlə izlənilir və şübhəli hallar qeyd edildikdə PZR üsulu ilə laborator diaqnostika üçün bütün imkanlar mövcuddur:

"Testlərdən istifadəyə gəldikdə bugünə qədər iki testdən istifadə edilib. Müraciət edənlərdən test nümunələri götürərək Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərib. Hər iki şəxsin test nəticəsi neqativdir", - məlumatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti