...

Kamran Əliyev Salyanda vətəndaşları qəbul edib

Cəmiyyət Materials 19 İyul 2022 16:13 (UTC +04:00)
Kamran Əliyev Salyanda vətəndaşları qəbul edib

Bakı. Trend:

İyulun 19-da Baş prokuror Kamran Əliyev Salyan rayon prokurorluğunun inzibati binasında Salyan, Neftçala, Biləsuvar, həmçinin digər rayonlardan olan vətəndaşları qəbul edib.

Baş Prokurorluqdan Trend-ə bildirilib ki, qəbuldan əvvəl Baş prokuror xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət etmiş, gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad edib.

Qəbulda iştirak edən 52 vətəndaşın müraciətində qaldırdıqları məsələlərin, o cümlədən konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları , mülki xarakterli mübahisələrlə bağlı və sosial problemlərə aid müraciətlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün Kamran Əliyev müvafiq göstərişlər verib.

Qəbuldan sonra Baş prokuror Neftçala və Biləsuvar rayon prokurorluqlarına getmiş, əməkdaşlarla görüşlər keçirməklə onlara konkret tapşırıqlar vermiş, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdıqlarını diqqətə çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti