Bakı. Trend:
Dünyada və Azərbaycanda koronavirusla bağlı vəziyyət pisləşməyə doğru gedir.
Trend xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
Onun sözlərinə görə, son statistik rəqəmlərə əsasən, Azərbaycanda da koronavirusla bağlı vəziyyət pisləşməyə doğru gedir: "Bu, gözlənilən haldır. Biz hər zaman bildirirdik ki, yayın sonu və payızda yoluxmalar nisbətən artacaq. Deyilənlərə əməl etmək lazımdır ki, bu dalğanı da az itkilərlə dəf edə bilək".