Bakı. Trend:
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 2 313 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 445, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 208, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1 420, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 240 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 796 260, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 362 567, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 856 564, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 325 160, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 251 969 nəfər təşkil edir.