...

Dövlət tikinti normalarında dəyişikliklər edilib

Cəmiyyət Materials 26 İyul 2022 14:49 (UTC +04:00)
Dövlət tikinti normalarında dəyişikliklər edilib
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyi tikinti fəaliyyəti subyektlərinə müraciət edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, ləğv edilmiş Dövlət Tikinti və Arxitektura Komitəsinin (Azərdövləttikintikom) 30 dekabr 1999-cu il tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilib 1 yanvar 2000-ci ildən qüvvəyə minmiş AzDTN 1.6-1* “Tikinti işlərinin təşkili, aparılması və tikintisi başa çatmış obyektlərin istismara qəbulu Qaydaları” Dövlət Tikinti Normaları Fövqəladə Hallar Nazirliyinin müvafiq Qərarı ilə ləğv edilib və ölkə ərazisində hüquqi qüvvəsini itirib.

Nazirliyin digər Qərarı ilə AzDTN 1.6-2* “Tikintinin təşkili” Azərbaycan Respublikasının Dövlət Tikinti Normaları”nda (2015-ci ildən tətbiq edilir) zəruri dəyişikliklər edilib və normalara tikintinin təşkili və aparılması ilə bağlı müxtəlif icra sənədlərinin (aktların, jurnalların və s.) nümunələri daxil edilib.

Qeyd olunanları nəzərə alaraq bildiririk ki, hazırda AzDTN 1.6-2* normaları tikinti işlərinin başlanması, təşkili və aparılması üzrə prosedurları tənzimləyən normativ sənəd olaraq tətbiq edilməkdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti