Bakı. Trend:
Hesab.az onlayn xidmətlər platforması və Mastercard şirkəti May ayından bəri istifadəçilərini cashback kampaniyası ilə qazandırır!
Belə ki, GoldenPay/Hesab.az şirkətinin başlatdığı cashback kampaniyasından hələ də yararlanmaq mümkündür. Kampaniyada 20 May tarixindən bu günədək 7 mindən çox uğurlu ödəniş həyata keçmiş və bütün iştirakçılar cashback əldə etmişdir. Qeyd edək ki, kampaniya şərtlərinə əsasən, Masterpass ilə 10 AZN və üzəri ödəniş edən bütün istifadəçilər hər ödənişdən 1 AZN cashback qazanırlar.
Məlumat üçün bildirək ki, kampaniyada ilk 10 000 ödəniş iştirak edəcək. Xatırladaq ki, hər istifadəçi kampaniyaya ümumilikdə 2 müxtəlif ödəniş ilə qatıla bilər. Həmçinin, bir Abunə koduna edilən sadəcə bir ödəniş kampaniyada iştirak edəcəkdir.
Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin və digər xidmətlərin ödənişi artıq daha sərfəlidir! Kampaniyadan faydalanmaq və daha ətraflı məlumat əldə etmək istəyənlər qaydalarla buradan tanış ola bilər: https://bit.ly/3b6ZdvK
Hesab Koinlər haqqında daha ətraflı: https://bit.ly/3m6S554
İstifadəçilərini hər zaman xüsusi kampaniyalarla sevindirən GoldenPay/Hesab.az şirkətinin fəaliyyəti haqqında daha ətraflı məlumatı www.hesab.az saytından, *0713 Çağrı Mərkəzindən və ya platformanın Facebook, İnstagram səhifələrindən əldə etmək olar.