Bakı. Trend:
Azərbaycan Respublikasının Milli Qəhrəmanı Nadir Əliyevin anadan olmasından 60 il ötür.
Trend-in məlumatına görə, bununla əlaqədar ”Alyans” Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranlarının İctimai Birliyinin rəhbər heyəti və bir qrup üzvü, Milli Qəhrəmanın oğlu və əzizləri ilə birgə mərhumun məzarını ziyarət ediblər.
Biriliyin sədri Fəxri Abasov mərhumun yaxınlarına səbr diləyib, Nadir Əliyevin Vətənimizin suverenliyi və təhlükəsizliyi uğrunda xidmətlərindən söhbət açıb.
Daha sonra tədbir iştirakçıları Milli Qəhrəman Nadir Əliyev haqqında xatirələri barədə danışıblar.
“Alyans”ın hər bir üzvü Nadir Əliyevin əziz xatirəsini dərin ehtiramla anır, yaxın və doğmalarına başsağlığı verir və səbr diləyir.
Allah rəhmət eləsin!