...

Fərid Qayıbov: Azərbaycan İslam Həmrəyliyi Oyunlarında iştirak edən 56 ölkə arasında idmançı sayına görə ikinci olacaq

İdman Materials 8 Avqust 2022 17:15 (UTC +04:00)
Fərid Qayıbov: Azərbaycan İslam Həmrəyliyi Oyunlarında iştirak edən 56 ölkə arasında idmançı sayına görə ikinci olacaq
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Konya. Trend:

Azərbaycan nümayəndə heyəti 5-ci İslam Həmrəyliyi Oyunlarında iştirak edən 56 ölkə arasında idmançı sayına görə ikinci olacaq.

Trend-in məlumatına görə, bunu gənclər və idman naziri Fərid Qayıbov V İslam Həmrəyliyi Oyunlarında iştirak etmək üçün Bakıdan Konyaya gedən Azərbaycan idmançılarından ibarət nümayəndə heyətini müşayiət edən jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan idmançıları oyunlarda 24 idman növündən 22-si üzrə yarışlarda iştirak edəcəklər.

O, Azərbaycanın Oyunlarda çoxsaylı iştirakçı ölkələr arasında təmsil olunmasından qürur duyduğunu bildirib.

Bu, bir daha onu göstərir ki, Azərbaycanda idman inkişaf edir”, - F.Qayıbov bildirib.

Nazir IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirildiyini xatırladıb.

"Budəfəki İslam Həmrəyliyi Oyunlarında Qazaxıstan, Özbəkistan, İran və bir sıra digər ölkələrin komandalarının daha güclü heyətlə təmsil olunacağı gözlənilir. İdmançılarımızı bu cür yarışlarda iştirakda yeni səviyyə gözləyir", - F.Qayıbov bildirib.

Onun sözlərinə görə, qarşıdan gələn güləş, futbol və bəzi digər idman növləri üzrə çempionatlarla əlaqədar V İslam Həmrəyliyi Oyunlarının yarışlarında Azərbaycandan gənc idmançılar iştirak edəcək.

"Bizim "Qarabağ" və "Neftçi" futbol klublarımız, bildiyiniz kimi, Çempionlar Liqası və Konfrans Liqasında təmsil olunurlar. Bununla əlaqədar bəzi futbolçular V İslam Həmrəyliyi Oyunlarında iştirak etməyəcək. Amma gənc idmançılarımız yaxşı hazırlıq keçiblər və biz medal qazanmaq əzmindəyik”, - F.Qayıbov vurğualyıb.

Nazir onu da bildirib ki, ilk dəfə olaraq çoxlu Azərbaycan KİV-i yarışı işıqlandıracaq.

"Biz əminik ki, Azərbaycan əhalisi bu Oyunlarda idmançılarımız iştirakı haqqında operativ məlumat alacaq", - F.Qayıbov əlavə edib.

Qeyd edək ki, yarışın açılış mərasimi avqustun 9-da Konyadakı 42 min tamaşaçı tutumuna malik Böyükşəhər Bələdiyyəsi Stadionunda təşkil olunacaq. Açılış mərasimi üç saat davam edəcək.

Avqustun 18-dək davam edəcək yarışda 56 ölkədən 4 mindən artıq idmançı medallar uğrunda mübarizə aparacaq. Azərbaycan oyunlarda 300 idmançı ilə təmsil olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti