...

Sabah 41 dərəcəyədək isti olacaq

Cəmiyyət Materials 12 Avqust 2022 12:10 (UTC +04:00)
Sabah 41 dərəcəyədək isti olacaq

Trend-i buradan izləyin

Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Avqustun 13-nə gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yağmursuz. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-26° isti, gündüz 33-38° isti, Bakıda gecə 23-25° isti, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65%, gündüz 35-40 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-26° isti, gündüz 35-39°, bəzi yerlərdə 41° isti, dağlarda gecə 13-18° isti, gündüz 21-26° isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti