...

Azərbaycan Ordusunda “Gizir hazırlığı kursu”na qəbul prosesi davam edir

Cəmiyyət Materials 12 Avqust 2022 17:18 (UTC +04:00)
Azərbaycan Ordusunda “Gizir hazırlığı kursu”na qəbul prosesi davam edir

Bakı. Trend:

Müdafiə Nazirliyinin hərbi hissələrinə gizirlərin həqiqi hərbi xidmətinə könüllü daxil olmaq arzusunda olan vətəndaşların qəbul prosesi davam edir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, müddətli həqiqi hərbi xidmətini başa vurmuş, tam orta təhsilli, 28 yaşınadək vətəndaşlar cari ilin sentyabr ayının 10-dək müvafiq sənədlərlə birlikdə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində (AO TTM) fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər.

Qəbul qaydaları barədə bu linkə keçid edərək ətraflı məlumat əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti