...

DİM sədri düzgün ixtisas seçimindən danışdı

Cəmiyyət Materials 16 Avqust 2022 11:28 (UTC +04:00)
DİM sədri düzgün ixtisas seçimindən danışdı
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Müsabiqə zamanı üstünlük yalnız imtahan nəticəsinə verilir, yəni müsabiqə zamanı daha yuxarı bal toplayan abituriyent hər hansı ixtisası sonuncu yerdə yazsa belə o, həmin ixtisası birinci yerdə yazan, lakin daha aşağı bal toplayan abituriyentdən üstün olur.

Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə ixtisas seçiminin başlaması ilə əlaqədar mətbuat konfransında deyib.

O qeyd edib ki, ixtisas seçimi zamanı 15 kodu, yəni ixtisası ərizəyə daxil etmək imkanı verilir. Kimsə 1, kimsə 5, kimsə də bütün yerləri yaza bilər.

“Əsas odur ki, bu ardıcıllıq istəyin azalması istiqamətində olsun. Yəni siz ən çox istədiyiniz ixtisası birinci yerdə yazmalısınız. İstəmədiyiniz ixtisası ilk yerlərdə yazsanız və həmin ixtisasa qəbul olsanız, müsabiqədən sonra balınızın daha çox istədiyiniz, amma daha aşağı yerlərdə yazdığınız ixtisasa çatdığını görəndə artıq gec olacaq”,- deyə M.Abbaazadə əlavə edib.

Xəbər lenti

Xəbər lenti