...

Xaçmaz rayonunda növbəti səyyar qəbul Susayqışlaq kəndində keçirilib (FOTO)

Cəmiyyət Materials 18 Avqust 2022 17:21 (UTC +04:00)
Xaçmaz rayonunda növbəti səyyar qəbul Susayqışlaq kəndində keçirilib (FOTO)

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanları və xidmət təşkilatlarının rəhbərləri ilə birlikdə növbəti səyyar qəbulunu Susayqışlaq kəndində keçirib. Qəbulda Susayqışlaq İnzibati Ərazi Dairəsinə daxil olan Şollar, Maqsudkənd, Pərdiqıran və Çaxçaxlı kəndlərinin sakinləri iştirak edib.

İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, görüş iştirakçıları əvvəlcə şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib.

Daha sonra vətəndaşların müraciət və təklifləri dinlənilib. Sakinlər elektrik təsərrüfatının yenilənməsi, yolların təmiri, içməli və suvarma suyu ilə təchizatın yaxşılaşdırılması, uşaq bağçası üçün yeni binanın inşası və digər sosial məsələlərlə bağlı müraciətlərini səsləndiriblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.

Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Xəbər lenti

Xəbər lenti