...

Hesab.az mobil tətbiqi yeniləndi!

Cəmiyyət Materials 24 Avqust 2022 15:54 (UTC +04:00)
Hesab.az mobil tətbiqi yeniləndi!

Bakı. Trend:

Hesab.az mobil tətbiqi həm rahatlıq, həm də daha artıq funksionallıq üçün yeniləndi!

Azərbaycanda onlayn ödənişlər sahəsində bir ilk olan Hesab.az onlayn xidmətlər platforması 11 ildən çoxdur ki, bütün istifadəçilərini şəffaf və təhlükəsiz ödəniş imkanları ilə təmin edir.

Başlıca məqsədi insanları ödəniş etmək üçün harasa getmək və növbələrdə vaxt itirməkdən azad etmək olan Hesab.az, bu məqsədlə daim təkmilləşir və istifadəçilərinə yeniliklər təqdim edir. Bu yeniliklərdən növbətisi, Hesab.az tətbiqinin yenilənmiş dizaynıdır. İstifadəçiyönümlü yanaşması ilə fərqlənən Hesab.az, son illər ərzində istifadəçi müraciətlərini nəzərə alaraq tətbiqi ən müasir və ən son trendlərə uyğun interfeyslə təqdim edir.

Bununla yanaşı olaraq, Hesab.az komandası, mobil tətbiqə yeni xidmətlər daxil etməklə istifadəçiləri sevindirməyi də unutmayıb. Belə ki, tətbiq üzərində artıq ABB üzərindən ƏDV Geri Al xidmətindən yararlanmaq da mümkündür.

Qeyd edək ki, bu münasibətlə Hesab.az-ın rəsmi İnstagram və Facebook səhifələrində müxtəlif dəyərli hədiyyə uduşlu müsabiqə start götürmüşdür.

Hesab.az-ın yenilənmiş mobil tətbiqini https://bit.ly/2N5hcUP yükləyin.

İstifadəçilərini hər zaman xüsusi kampaniyalarla sevindirən GoldenPay/Hesab.az şirkətinin fəaliyyəti haqqında daha ətraflı məlumatı www.hesab.az saytından, *0713 Çağrı Mərkəzindən və ya platformanın Facebook, İnstagram səhifələrindən əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti