...

Meşə yanğınları 5311 hektar ərazini əhatə edib

Cəmiyyət Materials 26 Avqust 2022 11:48 (UTC +04:00)
Meşə yanğınları 5311 hektar ərazini əhatə edib
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Son günlər Quba, Xaçmaz, Siyəzən, Şabran, Şəki və Qəbələ rayonlarında baş vermiş yanğınlar ümumilikdə 5311 hektar ərazini əhatə edib ki, bundan yalnız 779 hektarı meşə fondu torpaqlarına aiddir.

Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

Nazir müavini bildirib ki, yanğına məruz qalan 891 hektar ərazi bələdiyyə fondlarına aid olan meşə sahələridir, yanan digər sahələr isə başqa təyinatlı ərazilərdir.

"Çox təəssüf ki, yaşıllıqlara, meşə sahələrinə, torpağın humus qatına, ümumilikdə təbiətimizə, onun bioloji müxtəlifliyinə çox böyük zərərlər vuran yanğınların böyük əksəriyyəti biçənək sahələrindən başlayıb. Bütün hallarda təbiətimiz zərər görüb, yanğınların söndürülməsinə yüzlərlə insan, texnika cəlb olunub, tonlarla yanacaq, su sərf olunub ki, bu da böyük maliyyə itkisi, dövlətə vurulan ziyan deməkdir", - F.Əliyev deyib.

O qeyd edib ki, yanğınlar baş verən gündən ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev başda olmaqla nazirliyin əksər əməkdaşları, yerli qurumlar hadisə yerində olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti