...

352 hərbçi yüksək texonologiyalı protezlə təmin edilib

Cəmiyyət Materials 23 Sentyabr 2022 13:05 (UTC +04:00)
352 hərbçi yüksək texonologiyalı protezlə təmin edilib

Bakı. Trend:

Son 2 ildə 350-dən çox hərbçimizin yüksək texnologiyalı müasir 4-cü nəsil protezlə təminatı həyata keçirilib.

Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev yerli mediaya müsahibəsində bildirib.

Onlardan 200-ü Vətən müharibəsində əzalarını itirmiş qəhrəmanlarımızdır.

Nazir bildirib ki, son 3 ildə ölkənin bütün regionlarını əhatə edən 11 reabilitasiya və sosial xidmət mərkəzinin tam təmir edilərək, müasir avadanlıqlarla təchiz edilmiş şəkildə istifadəyə verilib.

S.Babayev həmin mərkəzlərdə 3 minədək müharibə əlilinə müasir standartlara uyğun reabilitasiya xidmətləri göstərildiyini qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti