...

Şəhid Anar Məmmədovun ailəsi ziyarət olunub (FOTO)

Cəmiyyət Materials 26 Sentyabr 2022 19:46 (UTC +04:00)
Şəhid Anar Məmmədovun ailəsi ziyarət olunub (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkpərov 44 günlük Vətən Müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan mayor Məmmədov Anar Elşad oğlunun ailəsini ziyarət edib.

Anar Məmmədov Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.

O, Prezident İlham Əliyevin Sərəncamları ilə “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “İgidliyə görə” medalları ilə təltif edilib.

Ailə ilə söhbət zamanı şəhidimizin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub. Onun xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb. Şəhid ailəsinin bundan sonra da sosial dəstək tədbirləri ilə əhatə olunacağı qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti