Bakı. Trend:
Azərbaycanda mobil rabitə operatorlarının gəlirləri açıqlanıb.
Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.
İnformasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr
tərəfindən 2022-
ci ilin yanvar-avqust aylarında əvvəlki ilin müvafiq dövrü ilə
müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 15,3 faiz
artaraq 1729,2 milyon manat təşkil etmişdir ki, onun da 75,9 faizi
əhali tərəfindən istehlak olunub.
Xidmətlərdən əldə edilən gəlirin 39,1 faizi və ya 675,8 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.