...

Elnur Rzayev 27 sentyabr - Anım Günündə şəhid ailəsini ziyarət edib (FOTO)

Cəmiyyət Materials 27 Sentyabr 2022 20:41 (UTC +04:00)
Elnur Rzayev 27 sentyabr - Anım Günündə şəhid ailəsini ziyarət edib (FOTO)

Bakı. Trend:

27 sentyabr - Anım Günündə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Vətən müharibəsində şəhid olan Anar Mürsəliyevin ailəsini ziyarət edib.

Elnur Rzayev ailənin problemləri və qayğıları ilə maraqlanıb, şəhidimizin keçdiyi döyüş yolu, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqının qazandığı Qələbə və ölkəmizin beynəlxalq aləmdə gündən-günə artan nüfuzu haqqında ətraflı söz açıb.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Şəhid Mürsəliyev Anar Səfər oğlu 2001-ci il noyabr ayının 21-də Xaçmaz şəhərində anadan olub. Ailəsinin ortancıl övladı olan Anar 2009-cu ildə təhsilə ilk qədəmlərini qoyub. O, təhsillə yanaşı idmanın karate növü ilə məşğul olub. Bir sıra respublika əhəmiyyətli idman yarışlarında uğur qazanıb.

Anar Mürsəliyev Vətən müharibəsində göstəridyi şücayətlərə görə “Vətən uğrunda”, “Laçının azad olunmasına görə” və Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti