Bakı. Trend:
Oktyabrın 1-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, havanın
temperaturu gecə 19-21° isti, gündüz 25-28° isti olacaq. Bakıda
gecə 19-21° isti, gündüz 25-27° isti olacaq. Atmosfer təzyiqi 767
mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət
65-75% olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin gündüz
bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı
gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq
küləyi əsəcək.
Havanın temperaturu gecə 14-19° isti, gündüz 29-33° isti, dağlarda gecə 5-10° isti, gündüz 16-21° isti olacaq.