Bakı. Trend:
Sentyabrın 29-30-da İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) təşkilatçılığı və Medianın İnkişafı Agentliyinin dəstəyilə jurnalistlər üçün “Azərbaycanda dövlət tərəfindən həyata keçirilən yaşayış maliyyəsi və kredit zəmanət mexanizmləri” mövzusunda təlim keçirilib.
Agentlikdən Trend-ə bildirilib ki, əhalinin mənzil təminatı,
habelə sahibkarlığa dəstək sahəsində dövlət siyasətinin
ictimaiyyətə daha geniş çatdırılması, ölkədə aparılan media
islahatlarına dəstək, eyni zamanda İKZF və media subyektləri
arasında əməkdaşlığın daha da dərinləşdirilməsi məqsədilə keçirilən
təlimdə iqtisadi mövzuların işıqlandırılmasında ixtisaslaşmış 20
jurnalist iştirak edib.
Tədbirdə “Media subyektlərində ixtisaslaşma və onun üstünlükləri”,
“Azərbaycanda ipoteka kreditləşməsi mexanizmi”, “Yaşayış
sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi”, “Sahibkarlar
tərəfindən manatla alınan kreditlərə zəmanət və subsidiya
verilməsi”, “Elektron ipoteka və kredit zəmanət sistemi: şəffaflıq
və əlçatanlıq” mövzularında təqdimatlar edilib, jurnalistləri
maraqlandıran suallar cavablandırılıb.
Sonda media nümayəndələrinə təlimdə iştirak haqqında sertifikatlar
təqdim edilib.