...

Paytaxtda zəbt olunan tarixi binanın ərazisi bərpa edilib (FOTO)

Cəmiyyət Materials 5 Oktyabr 2022 15:29 (UTC +04:00)
Paytaxtda zəbt olunan tarixi binanın ərazisi bərpa edilib (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Binəqədi rayon Görədil bağlar massivində yerləşən Inv. nömrəsi 4012 olan tarixi Məhəmməd Həsən hamamının divarına birləşdirilən uzunluğu 16 m., hündürlüyü 3 m. olan hasar sökülüb.

Bu barədə Trend-ə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, abidənin arxa hissəsi boyunca olan ərazini vətəndaş 10 il olar ki, öz həyətyanı sahəsinə birləşdirib. 2020-ci il noyabr ayından Dövlət Xidməti tarixi abidənin qanunsuz zəbt edilməsi ilə bağlı problemin həlli üçün vətəndaşla hüquq müstəvisində danışıqlar aparıb.

Uzun sürən danışıqlardan sonra, vətəndaş ona Dövlət Xidməti tərəfindən vaxt verilməsini xahiş etmiş və artıq problemi aradan qaldırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti