...

Vətən müharibəsi şəhidi Elmar Nəbiyevin anım mərasimi keçirilib (FOTO)

Cəmiyyət Materials 6 Oktyabr 2022 14:29 (UTC +04:00)
Vətən müharibəsi şəhidi Elmar Nəbiyevin anım mərasimi keçirilib (FOTO)

Bakı. Trend:

05 oktyabr 2022-ci il tarixində 44 günlük Vətən müharibəsi şəhidi, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən “Cəsur döyüşçü”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş əsgər Nəbiyev Elmar Elman oğlunun anım mərasimi keçirildi. Anım mərasimində, Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, millət vəkilləri Rauf Əliyev və Aydın Mirzəzadə, YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, RİH-nin əməkdaşları, şəhidin ailə üzvləri, dostları, döyüş yoldaşları, şəhid anaları və ictimaiyyət nümayəndələri iştirak etdilər.

Mərasim şəhidin məzarının ziyarət olunması ilə başlayıb. Şəhidin məzarı önünə çiçəklər düzülüb və dualar oxunub.

Anım mərasimində çıxış edən RİH başçısı Vasif İmanov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfərin tarixi əhəmiyyətindən, ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə igid oğullarımızın göstərdiyi şücaət nümunələrindən danışıdı. Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda şəhid olan Elmar Nəbiyevin şərəfli ömür və döyüş yolundan söz açan natiq bildirdi ki, onun vətənpərvərlik və mübarizliyi daim gənclərə örnək olacaq.

Millət vəkili Rauf Əliyev çıxışında Vətən müharibəsində canından keçən hər bir şəhidimiz qanı bahasına Azərbaycan xalqının 30 illik qanayan yarasını sararaq torpaqlarımızı işğaldan azad edildiyini, işğaldan azad olunmuş vətən torpağının hər bir qarışında şəhidlərimizin qanı olduğunu vurğuladı.

Sonra Millət vəkilli Aydın Mirzəzadə öz çıxışında bildirdi ki, Vətən uğrunda canlarından keçən şəhidlərimiz heç zaman unudulmayacaq, onların əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır.

Şəhidin doğmaları və yaxınları onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Allah bütün şəhidlərimizə rəhmət etsin!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti