...

“İçərişəhər” İdarəsi tərəfindən tərəfindən nadir foto və neqativlər bərpa olunacaq (FOTO)

Cəmiyyət Materials 14 Oktyabr 2022 14:54 (UTC +04:00)
“İçərişəhər” İdarəsi tərəfindən tərəfindən nadir foto və neqativlər bərpa olunacaq (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

“İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin nəzdində fəaliyyət göstərən “İçərişəhər” Muzey Mərkəzinin fondunda Bakının özünə, İçərişəhərə, Qarabağa və Azərbaycanın digər bölgələrinə dair nadir foto və neqativlər saxlanılır. Bu saxlama vahidlərinin əksəriyyəti keçmiş tanınmış fotoqraflardan olan A.Mişon, İ.Rubençik, H.Hüseynzadə, Y. Raxil, Y.Şamilov və digər fotoqrafların müəllifliyinə məxsusdur.

Bunu bu gün Trend-ə “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsindən bildiriblər

“İçərişəhər” Muzey Mərkəzinin direktoru Əminə Məlikova və səfir Dr. Ralf Horleman arasında Almaniyanın Federal Xarici İşlər Nazirliyinin “Mədəniyyətin qorunması” proqramı çərçivəsindəki qrantın verilməsi haqqında müqavilə imzalanmışdır.

Qrant layihəsində Azərbaycanda ilk dəfə olaraq XIX əsrin sonlarına, XX əsrin əvvəllərinə aid şüşə neqativlərin, nadir fotoların bərpası, çapı, rəqəmsallaşdırılaraq elektron bazaya daxil edilməsi, kataloq və bukletlərin nəşri kimi mühüm işlər həyata keçiriləcəkdir.

Təsdiq edilən qrant ölkəmizin irsinin qorunması, tədqiqi və təbliğinə yönəldiləcəkdir. Nadir fotoların bərpası-yeni tədqiqatlara və yeni kəşflərə tükənməz imkanlar yaradacaq. Nadir fotoların bərpası ilə Bakı, həmçinin İçərişəhər, Qarabağ və Azərbaycanın digər bölgələrindəki abidələr, tarixi yerlər, binaların bu günədək məlum olmayan görüntüləri əldə ediləcək, bu da yeni araşdırmalara, yeni tapıntılara, dünyəvi irsimiz haqqında məlumatların daha da zənginləşdirilməsinə səbəb olacaqdır. Layihə prosesində mühüm nəticələrdən biri də fotoneqativlərin, fotoların bərpası və konservasiyası sahəsində ən təkmilləşmiş kadrların yetişdirilməsi olacaqdır. Layihəyə tərəfdaşı kimi Gürcüstan Milli Muzeyinin fotoarxivlərin mühafizəsi və konservasiyası sahəsindəki mütəxəssisləri də cəlb ediləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti