...

Nadir və nəsli kəsilmək təhlükəsində olan bitki növlərinin çoxaldılmasına başlanılıb

Cəmiyyət Materials 14 Oktyabr 2022 16:35 (UTC +04:00)
Nadir və nəsli kəsilmək təhlükəsində olan bitki növlərinin çoxaldılmasına başlanılıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Regional Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik sahələrində nadir və nəsli kəsilmək təhlükəsində olan bitki növlərinin çoxaldılmasına başlanılıb.

Trend xəbər verir ki, bunu bu gün Meşələrin İnkişafı Xidmətinin şöbə müdiri Vahid Fərzəliyev “Ekspert saatı”nda deyib.

“Hazırda tinglik sahələrində nadir bitkilərdən şərq çinarı, eldar şamı, qafqaz xurması kimi tinglər yetişdilir. Artıq bu il saqqız(yabanı püstə), cökə və azat kimi müxtəlifcinsli ağacların çoxaldılmasına başlanılıb”, - deyə o, bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti