...

“Uşaq Hüquqları Aylığı” çərçivəsində Səbail rayonunda maarifləndirmə tədbirləri keçirilib (FOTO)

Cəmiyyət Materials 2 Noyabr 2022 13:42 (UTC +04:00)
“Uşaq Hüquqları Aylığı” çərçivəsində Səbail rayonunda maarifləndirmə tədbirləri keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən elan olunmuş 2022-ci il 20 oktyabr - 20 noyabr tarixlərini əhatə edən “Uşaq hüquqları aylığı” çərçivəsində Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti tərəfindən həmin rayonda yerləşən 49, 236 və 239 saylı tam orta məktəblərində müəllim və şagird heyətinin iştirakı ilə maarifləndirmə tədbirləri təşkil edilib.

Tədbirlərdə Ombudsman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun əməkdaşı Azər İsalı çıxış edərək, uşaq hüquqlarının təmini istiqamətində mühüm beynəlxalq hüquqi sənəd olan “Uşaq hüquqları haqqında” BMT Konvensiyası və onun rəhbər prinsipləri barəsində məlumat verib.

Eyni zamanda, Ombudsman Aparatının nümayəndələri Müvəkkilin uşaq hüquqlarının müdafiəsi, təşviqi, bu hüquqların pozulmasının qarşısının alınması istiqamətində həyata keçirdiyi işlər barəsində tədbir iştirakçılarına məlumat verib.

Bununla yanaşı, şagirdlərə hüquq pozuntusu ilə qarşılaşdıqları zaman Müvəkkilin

916 nömrəli Çağrı Mərkəzi ilə əlaqə saxlamaları tövsiyə olunub.

Tədbir uşaqların fəal iştirakı ilə müzakirə şəklində davam etdirilib. Sonda mövzu ilə bağlı şagirdlərin sualları cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti