...

“Erkən nikah problemləri və ona qarşı mübarizə yolları” mövzusunda təlim keçirilib (FOTO)

Cəmiyyət Materials 5 Noyabr 2022 23:45 (UTC +04:00)
“Erkən nikah problemləri və ona qarşı mübarizə yolları” mövzusunda təlim keçirilib (FOTO)

Bakı. Trend:

Ombudsman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun müdiri Nigar Ağayeva tərəfindən Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Erkən nikah problemləri və ona qarşı mübarizə yolları” mövzusunda təlim keçirilib.

Ombudsman Aparatının mətbuat xidmətindən şənbə günü Trend-ə bildirilib ki, təlimdə həmkarlar ittifaqı komitə sədrləri, gender problemləri üzrə komissiya sədrləri və üzvləri iştirak ediblər.

N.Ağayeva uşaq hüquqlarının müdafiəsi, erkən nikahla bağlı mövcud beynəlxalq normalar, milli qanunvericilik aktları, dövlət proqramları barədə təlim iştirakçılarına məlumat verib. Bununla yanaşı, Ombudsman tərəfindən bu sahədə görülmüş işlər, erkən nikah halları ilə bağlı mövcud problemlər və onların aradan qaldırılması istiqamətində irəli sürülmüş təkliflər iştirakçıların diqqətinə çatdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti