...

Bakıda Zəfər Gününə həsr edilmiş Elmi konfrans başa çatıb (FOTO)

Cəmiyyət Materials 10 Noyabr 2022 09:41 (UTC +04:00)
Bakıda Zəfər Gününə həsr edilmiş Elmi konfrans başa çatıb (FOTO)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Elmi-Tədqiqat Kardiologiya İnstitutunun və Elmi-Tədqiqat Tibbi Bərpa institutunun birgə təşkilatçılığı ilə Zəfər Gününə həsr edilmiş Elmi konfrans keçirilib.

Elmi-Tədqiqat Kardiologiya İnstitutundan (ETKİ) Trend-ə verilən məlumata görə, konfrans Azərbaycan Dövlət himninin səsləndirilməsi ilə başlayıb , şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən ETKİ-nin direktoru Gülnaz Dadaşova bildirib ki, tarixi zəfərimiz qürur mənbəyi və 44 günlük Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı tarixi qələbəmizdir. Eynı tədbirin həm praktiki, həm də elmi mahiyyətinin olduğunu vurğulanıb.

Açılışda həmçinin İTS-in İdarə Heyəti sədrinin müavini Nigar Bayramova, TƏBİB-in Strateji İnkişaf departamentinin rəhbəri Yaqut Qarayeva, Türk Kardioloji Dərnəyinin sədri Vedat Aytekin, Mərkəzi Klinikanın baş həkimi Kamran Musayev, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, ürək-damar cərrahı Rəşad Mahmudov, Respublikanın Baş kardioloqu Yusif Nağıyev çıxış ediblər.

Tədbirdə 400-ə yaxın həkim iştirak edib. Konfrans Səhiyyə Nazirliyi tərəfindən 16 DTT balı ilə təsdiqlənib. Tədbirə bir sıra tanınmış alimlər, eyni zamanda Türkiyədən alim - professor heyəti qoşulmuşdur. Konfransda təqdim olunan məruzələr böyük maraqla qarşılandı və mövzulara dair çoxsaylı suallar cavablandırılıb, sonda iştirakçılara sertifikatlar təqdim edilib.

2 günü əhatə edən konfransda iştirakçılar üçün “Kardiak anatomiya “ və “CPR” kursları keçirilib.

Konfrans Səhiyyə Nazirliyi, İcbari Tibbi sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in dəstəyi ilə keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti