...

DİM sədri imtahan nəticələrinin gecikmə səbəbini açıqlayıb

Cəmiyyət Materials 18 Noyabr 2022 13:10 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

İmtahanlarda yazı işlərini yoxlayan ekspertlərin sayı azdır.

Trend-in məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O qeyd edib ki, imtahan yazı işləri ən azı iki dəfə yoxlanılır.

"Müəyyən hallarda isə 3 dəfə yoxlanılır. Müəyyən fənlərdən, xüsusən də rus bölməsində ekpertlərin sayı çox azdır. Şagirdlər kifayət qədərdir, amma ekspertlər azdır. Bu səbəbdən yoxlama prosesi uzanır. Bizdə 6 minə yaxın marker, ekspert var. Markerlərin sayı 20 min olsaydı, biz yoxlama prosesini daha tez həyata keçirərik" - deyə M.Abbaszadə bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti