...

Milli Gimnastika Arenasında rəqabət mühiti hökm sürür – “Ocaq” beynəlxalq kubokunun iştirakçısı

Cəmiyyət Materials 25 Noyabr 2022 23:44 (UTC +04:00)
Milli Gimnastika Arenasında rəqabət mühiti hökm sürür – “Ocaq” beynəlxalq kubokunun iştirakçısı
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Milli Gimnastika Arenasında rəqabət mühiti hökm sürür.

Bu barədə cümə günü Trend-ə bədii gimnastika üzrə 1-ci “Ocaq” beynəlxalq kubokunun iştirakçısı, gənc idmançı Güllüzar Şərifova məlumat verib.

"Bugünkü çıxışım əla oldu. Yüksək nəticələrə görə məşqçimə minnətdarlığımı bildirirəm. Bu yaxınlarda Gürcüstanda keçirilən beynəlxalq turnirdə üç medal - bir qızıl və iki bürünc qazandım. Ümid edirəm ki, “Ocaq” beynəlxalq kubokunda çıxışım da mənə arzuladığım mükafatları gətirəcək”, - deyə gənc idmançı bildirib.

Güllüzar Şərifova müsabiqələrdə tamaşaçıların dəstəyinin ona hər zaman kömək etdiyini etiraf edib.

"Milli Gimnastika Arenasında tamaşaçılar çox fəaldırlar - onlar hər kəsi alqışlayır, gimnastların adları yazılmış plakatlar tuturlar. Bütün bunlar idmançıları ruhlandırır", - o əlavə edib.

Qeyd edək ki, noyabrın 25-27-də “Ocaq Sport” klubu bədii gimnastika üzrə “Ocaq” 1-ci beynəlxalq kubokunu keçirir. Bakıda Milli Gimnastika Arenasında təşkil olunan yarışlarda 13 ölkənin nümayəndəsi iştirak edir. 2007-2016-cı il təvəllüdlü gimnastlar həm fərdi proqramda, həm də qrup hərəkətlərində çıxış edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti