...

Sabah hava necə olacaq?

Cəmiyyət Materials 6 Dekabr 2022 12:35 (UTC +04:00)
Sabah hava necə olacaq?

Trend-i buradan izləyin

Bakı. Trend:

Dekabr;n 7-də Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, havanın temperaturu gecə 1-3° isti, gündüz 4-6° isti olacaq.

Bakıda gecə 1-3° isti, gündüz 4-6° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunu olacaq.

Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 3°-dək isti, gündüz 4-7° isti, dağlarda gecə 8-12° şaxta, yüksək dağlıq ərazilərdə 12-16° şaxta, gündüz 2-7° şaxta olacaq. Gecə və səhər dağlıq ərazilərdə yoların buz bağlama ehtimalı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti