...

Hesab.az-ın CASHBACK kampaniyası uğurla sona çatdı! (R)

Cəmiyyət Materials 6 Dekabr 2022 15:27 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanın onlayn ödənişlər sahəsində ilk şirkəti – Qoldenpey/Hesab.az və Mastercard şirkətləri istifadəçilərini 6 ay boyunca qazandırdı.

May ayından etibarən Hesab.az-da Mastercard və ya Maestro kartını Masterpass bölməsində yadda saxlamaq şərti ilə, ödəniş edən istifadəçilər kampaniyada iştirak etdi. Bu müddət ərzində kampaniyadan 10 000 nəfər yararlandı və hər biri ödənişlərdən cashback qazandı. Kampaniya şərtlərinə əsasən, Masterpass ilə 10 AZN və üzəri ödəniş edən bütün qeydiyyatlı istifadəçilər hər ödənişdən 1 AZN cashback əldə etdilər.

İstifadəçilərin kampaniyadan daha artıq qazanc əldə etməyi üçün, kampaniyaya ümumilikdə 2 müxtəlif ödəniş ilə qatılmaq mümkün oldu. Həmçinin, bir Abunə koduna edilən sadəcə bir ödəniş kampaniyada iştirak etdi.

Hesab.az müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin və digər xidmətlərin ödənişini insanlar üçün daha rahat və daha sərfəli edir! Ödənişləri həm mobil tətbiq, həm də sayt vasitəsilə istənilən yerdə və istənilən saatda etmək mümkündür.

İstifadəçilərini hər zaman xüsusi kampaniyalarla sevindirən GoldenPay/Hesab.az şirkətinin fəaliyyəti haqqında daha ətraflı məlumatı www.hesab.az saytından, *0713 Çağrı Mərkəzindən və ya platformanın Facebook, İnstagram səhifələrindən əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti