...

Bazar günü hava necə olacaq?

Cəmiyyət Materials 10 Dekabr 2022 12:50 (UTC +04:00)
Bazar günü hava necə olacaq?

Trend-i buradan izləyin

Bakı. Trend:

Dekabrın 11-də Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, havanın temperaturu gecə 4-6° isti, gündüz 7-9° isti, Bakıda gecə 4-6° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 776 mm civə sütunundan 771 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin bəzi şərq rayonlarında arabir yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2-5° isti, gündüz 6-10° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 0-5° şaxta olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti