Şuşa. Trend:
Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələrinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyəti zonasında keçirilən dinc etiraz aksiyası yeddinci gündür ki, davam edir.
Trend-in Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, aksiya iştirakçıları və sülhməramlılar dünya çempionatının final oyununu - Argentina-Fransa qarşılaşmasını birlikdə izləyib.
Bunun üçün aksiya keçirilən ərazidə böyük monitor quraşdırılıb.