...

Hesab.az yenilənmiş loyallıq proqramını təqdim edir! (R)

Cəmiyyət Materials 21 Dekabr 2022 18:07 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanın onlayn ödənişlər sahəsində ilk şirkəti – Qoldenpey/Hesab.az istifadəçilərinin ödənişlərini daha qazanclı etmək üçün loyallıq proqramını yenilədi!

Belə ki, 31 Dekabr 2022-ci il tarixindən etibarən, Bonus toplama sistemi dayandırılır. Artıq mövcud və yeni Hesab.az istifadəçiləri Hesab.az saytı və ya tətbiqində qeydiyyatlı şəkildə ödəniş etdikdə Hesab Koin toplayacaqlar. Mövcud dəyişiklik Hesab Koinlərin üstünlükləri və istifadəçilər tərəfindən daha çox rəğbət görməsi ilə əlaqədardır.

Qeyd edək ki, müvafiq dəyişiklikdən əvvəl, Hesab.az istifadəçiləri “Qazananlar Klubu” loyallıq proqramı daxilində seçim etməklə Bonus və ya Hesab Koin toplaya bilirdilər. Hesabında Bonusu mövcud olan istifadəçilər həmin Bonusları 1 il müddətində (31 Dekabr 2023-cü il tarixinədək) “Dərhal Dəyiş” bölməsində təklif və kampaniyalara dəyişə bilər. Həmçinin, Hesab.az istifadəçiləri hal-hazırda davam edən Hərraca qatılmaqla Bonusları dəyərli hədiyyə qazanmaq üçün istifadə edirlər.

Qeyd edək ki, Hesab Koinlərin üstünlükləri AZN-ə dəyişdirilməklə ödəniş etmək və ya “Dərhal Dəyiş” bölməsində müxtəlif dəyərli hədiyyələrə dəyişdirilmək üçün istifadə edilməyindədir.

Hesab.az həm yeni, həm də illərlə ödəniş edən loyal istifadəçilərini sevindirmək üçün hər kəsə özəl kampaniyalar və təkliflər təqdim edir.

GoldenPay/Hesab.az şirkətinin fəaliyyəti və gələcəkdə nəzərdə tutduğu kampaniyalar haqqında daha ətraflı məlumatı www.hesab.az saytından, *0713 Çağrı Mərkəzindən və ya platformanın Facebook, İnstagram səhifələrindən əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti