Şuşa. Trend:
Laçın-Xankəndi yolunun Xankəndiyə aid hissəsində Rusiya sülhməramlıları qurduqları konteyner və çadırları söküblər.
Trend-in Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, əraziyə gətirilən üç yük avtomobili vasitəsilə yüklər Laçın istiqamətinə aparılıb.
Həmin yük avtomobillərinin aksiya keçirilən ərazidən hərəkət etməsinə şərait yaradılıb.
Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı təşkil olunan aksiya artıq on üç gündür davam edir.