Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev 31 dekabr – Dünya Azərbaycanlıların Həmrəyliyi Günü ərəfəsində şəhid Fuad Qafarov, Elvin Qayıbov və Elnur Rüstəmovun ailələrinə baş çəkib, onları bayram münasibətilə təbrik edib.
Görüşlərdə şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb. Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev qeyd edib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəmir iradəsi, rəşadətli Silahlı Qüvvələrimizin qəhrəmanlığı nəticəsində əldə edilmiş Böyük Zəfər dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizi daha da ruhlandırıb, onların ümummilli maraqlar ətrafında sıx birləşməsinə zəmin yaradıb.
İcra başçısı onuda bildirib ki, dövlətimizin daim diqqət və
qayğısı ilə əhatə olunan şəhid ailələrini ziyarət etmək hər kəsin
vətəndaşlıq borcudur.
Şəhidlərimizin ailə üzvləri göstərilən diqqət və qayğıya görə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci
vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını
bildiriblər.