...

Azərbaycanda 84 nəfər COVID-19-a yoluxub, ölən yoxdur

Cəmiyyət Materials 29 Dekabr 2022 17:44 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 84 yeni yoluxma faktı qeydə alınıb, 82 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 826 249 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 815 723 nəfər müalicə olunaraq sağalıb, 10 008 nəfər vəfat edib, aktiv xəstə sayı 518 nəfərdir.

Ölkədə son sutka ərzində 1 909, hazırkı dövrədək isə 7 427 596 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti