...

Azərbaycanda 120 nəfər COVID-19-a yoluxub, 4 nəfər vəfat edib

Cəmiyyət Materials 7 Yanvar 2023 16:58 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına yeni 120 yoluxma faktı qeydə alınıb, 91 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 4 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 826 803 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 816 382 nəfər müalicə olunaraq sağalıb, 10 017 nəfər vəfat edib, aktiv xəstə sayı 404 nəfərdir.

Ölkədə son sutka ərzində 2 459, hazırkı dövrədək isə 7 441 759 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti