Bakı. Trend:
Hava şəraiti ilə əlaqədar olaraq dünən axşam saatlarından etibarən Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna 12 nəfər (11 qadın, 1 kişi) müxtəlif dərəcəli bədən xəsarətləri ilə müraciət edib.
Bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, zərərçəkənlərə tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.