Bakı. Trend
Bakı Dövlət Universitetində (BDU) tədris və elmi fəaliyyətin təşkilində səmərəliliyin artırılması, idarəetmənin optimallaşdırılması və təkmilləşdirilməsi məqsədilə struktur islahatları keçirilir.
Trend xəbər verir ki, struktur islahatları çərçivəsində
Magistratura və doktorantura şöbəsi ləğv olunub.
Onun bazasında Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzində
Doktorantura şöbəsi və Tədrisin təşkili və idarə olunması
Mərkəzində Magistratura şöbəsi yaradılıb. Bu barədə BDU Elmi
Şurasında qərar qəbul olunub.
Yeni şöbələrin yaradılması BDU-da magistratura və doktorantura təhsilinin keyfiyyətinin daha da yüksəldilməsinə xidmət edir.