Bakı. Trend:
Bakı şəhərində hal-hazırda yollardakı vəziyyət açıqlanıb.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Trend-ə verilən məlumata görə, sıxlıq əsasən aşağıdakı istiqamətlərdə müşahidə edilir:
1. Bakı-Sumqayıt şosesi, Xırdalan dairəsi istiqamətində;
2. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmə, hər
iki istiqamətdə;
3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti
istiqamətində;
4. "20 Yanvar" dairəsində;
5. Tbilisi prospekti, hər iki istiqamətdə;
6. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
7. Binəqədi şosesi, "Azadlıq Prospekti" metro stansiyasından
Binəqədi qəsəbəsi istiqamətində;
8. Abbas Mirzə Şərifzadə küçəsi, “İnşaatçılar” metro stansiyasının
qarşısından “20 Yanvar” dairəsi istiqamətində;
9. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;
10. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən
Heydər Əliyev prospekti istiqamətində;
11. Bakıxanov küçəsi, hər iki istiqamətdə;
12. Abdulla Şaiq küçəsi, Dövlət Statistika Komitəsi
istiqamətində;
13. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti
istiqamətində;
14. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti
ilə kəsişməyə qədər;
15. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi
istiqamətində;
16. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
17. Azadlıq prospekti, Bakıxanov küçəsi ilə kəsişmədən Neftçilər
prospekti ilə kəsişməyə qədər;
18. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov
küçəsi ilə kəsişməyə qədər;
19. Dilarə Əliyeva küçəsi, Rəşid Behbudov küçəsi istiqamətində;
20. Niyazi küçəsi, Azneft dairəsi istiqamətində;
21. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından Koroğlu
m/st istiqamətində (dairəyə qədər) sıxlıq müşahidə olunur.