...

İcbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqi daha bir il təxirə salındı

Cəmiyyət Materials 1 Fevral 2023 12:53 (UTC +04:00)
İcbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqi daha bir il təxirə salındı
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin icbari tibbi sığorta təminatı ilə əhatə olunmayan və sığortaolunan tərəfindən ödənilən müştərək maliyyələşmə məbləğinin tətbiqi proseduru daha 1 il təxirə salınır.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclası çərçivəsində müzakirəyə çıxarılan “Tibbi sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişiklikdə qeyd edilir ki, İcbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqinin müddəti 2024-cü il yanvarın 1-nə qədər təxirə salınır.

Qeyd edək ki, sığortaolunan ilkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ambulator-poliklinik, laborator, funksional-diaqnostik tibbi xidmətlərdən istifadə etdikdə sığortaolunan müştərək maliyyələşmə məbləği ödəməlidir. Sığortaolunan icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə etmək məqsədilə yönləndirildiyi tibbi ərazi bölməsindən kənar yerləşən dövlət tibb müəssisəsinə müraciət etdikdə müştərək maliyyələşmə məbləği ödəməlidir. Bundan əvvəl müştərək maliyyələşmə məbləğinin tətbiqinin 2023-ci il 1 yanvardan qüvvəyə minməsi nəzərdə tutulmuşdu. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti