Bakı. Trend
Bakının Yasamal aryonunda yerləşən "Qanlı göl"ün adının dəyişdirilməsi müzakirə edilib, “Yaşıl göl” və ya “Şamlı göl” adlandırılması təklif olunub.
Trend-in məlumatına görə, bunu "Qanlı göl" ərazisi üzrə təqdim olunan layihələrə dair ictimai dinləmədə bildirilib.
Qeyd edək ki, "Qanlı göl"ün ətrafındakı şamlıqda park salınacaq. Ərazidə boş olan yerlər də təqdim olunacaq, şirkətlər tərəfindən yaşayış binaları tikiləcək.
Parkın ərazisinin 6 hektar olacağı bildirilir.