...

Xaçmazda “Heydər Əliyev və vətənpərvər Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 2 Fevral 2023 16:35 (UTC +04:00)
Xaçmazda “Heydər Əliyev və vətənpərvər Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Xaçmaz rayonunda 2 fevral –“Azərbaycan Gənclər Günü” nə həsr edilmiş “Heydər Əliyev və vətənpərvər Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Yeni Azərbaycan Partiyasının Xaçmaz Rayon Təşkilatının sədri Məhəmməd Balaqadaşov və gənclər Xaçmaz şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıblar.

Heydər Əliyev mərkəzinin foyesində məktəblilərin əl işlərindən ibarət rəsm əsərlərinə baxış keçirilib.

Rəsmi hissədə əvvəlcə Dövlət Himni səsləndiirlib.

Daha sonra Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev gəncləri 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edib, ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan danışıb. Ümumilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Elnur Rzayev qeyd edib ki, 44 günlük Vətən müharibəsində mərdliklə vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazıblar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu şanlı Zəfər ilə Azərbaycan otuz illik həsrətdən sonra tarixi torpaqlarına qovuşdu.

Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov ölkəmizdə aparılan uğurlu gənclər siyasəti ilə bağlı imzalanan fərman və sərəncamların əhəmiyyətindən danışıb.

Çıxışlarda Xaçmaz rayonunda 2022-ci ildə gənclər və idman sahəsində əldə edilən nailiyyətlərə də toxunulub. Gənclərin sağlam, vətəpərvər ruhda böyüməsi üçün rayonda ardıcıl tədbirlərin davam etdiriləcəyi vurğulanıb.

Tədbirdə çıxış edən şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və fəal gənclər göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Sonda Vətən müharibəsinin iştirakçılarına təltif olunduqları medallar, Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunan gənclərə isə üzvlük vəsiqələri təqdim olunub.

Həmçinin rayonun ictimai-siyasi həyatında fəal iştirak edən, eləcə də idman yarışlarında uğur qazanan gənclər fəxri fərman və qiymətli xatirə hədiyyələri ilə mükafatlandırılıb.

Tədbir yerli mədəniyyət işçilərinin hazırladığı geniş konsert proqramı ilə davam edib.

Xəbər lenti

Xəbər lenti