...

Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir

Cəmiyyət Materials 3 Fevral 2023 17:53 (UTC +04:00)
Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.

AQTA-dan Trend-ə verilən məlumata görə, 2 fevral tarixində Agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhəri və Xaçmaz, Bərdə rayonlarında bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 12 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb, 3 məntəqədə isə yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar təkrarən sökülüb.

Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələr aşağıdakılardır:

Sahibkarlıq subyekti

Ünvan

Görülən tədbir

Bakı şəhəri üzrə

1.

Həsənov Elbrus Əlifağa oğlu

Nərimanov rayonu, C.Hacıbəyli küçəsi 24

İnzibati protokol tərtib edilib

2.

İsmayılov Fərhad Söhrab oğlu

Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi 125B

İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb

3.

Şükürov Nicat

Hümbət oğlu

Nərimanov rayonu, C.Hacıbəyli küçəsi 24, ev 11A

İnzibati protokol tərtib edilib

4.

Rüstəmov Ehtiram Şahmar oğlu

Yasamal rayonu, 2-ci Alatava küçəsi, ev 28/10

İnzibati protokol tərtib edilib

5.

Nəsibov Ramiz Məhəmməd oğlu

Yasamal rayonu, 2-ci Alatava küçəsi

İnzibati protokol tərtib edilib

6.

Əliyev Əhliman Hüseyn oğlu

Yasamal rayonu, 2-ci Alatava küçəsi

İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb

7.

Əhmədov Zaur

Sabir oğlu

Yasamal rayonu, 2-ci Alatava küçəsi

İnzibati protokol tərtib edilib

8.

Heydərov Şahin

Baba oğlu

Yasamal rayonu, M.Xiyabani küçəsi 32

İnzibati protokol tərtib edilib

9.

Səfərov Surxay

Akif oğlu

Yasamal rayonu, 2-ci Alatava küçəsi

İnzibati protokol tərtib edilib

10.

Cümşüdov Teymur Məhəmmədəli oğlu

Yasamal rayonu, D.Bünyadzadə küçəsi 232

İnzibati protokol tərtib edilib

Xaçmaz rayonu üzrə

11.

Fərzəliyev Rəsul Salamı oğlu

Xaçmaz şəhəri, N.Nərimanov küçəsi

İnzibati protokol tərtib edilib

Bərdə rayonu üzrə

12.

Məmmədov Şahin Cavanşir oğlu

Cəyirli kəndi

İnzibati protokol tərtib edilib

13.

İmanov İqbal Akif oğlu

Zümürxan kəndi

Yenidən bərpa edilmiş qurğular sökülüb

AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti