...

Azərbaycanda 22 nəfər COVID-19-a yoluxub, 1 nəfər vəfat edib

Cəmiyyət Materials 4 Fevral 2023 16:48 (UTC +04:00)
Azərbaycanda 22 nəfər COVID-19-a yoluxub, 1 nəfər vəfat edib

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 22 yeni yoluxma faktı qeydə alınıb, 32 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 828 064 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 817 792 nəfər müalicə olunaraq sağalıb, 10 095 nəfər vəfat edib, aktiv xəstə sayı 177 nəfərdir.

Ölkədə son sutka ərzində 1 485, hazırkı dövrədək isə 7 494 700 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti