...

Bakıda və bölgələrdə qar yağacaq, yollar buz bağlayacaq

Cəmiyyət Materials 6 Fevral 2023 13:14 (UTC +04:00)
Bakıda və bölgələrdə qar yağacaq, yollar buz bağlayacaq

Bakı. Trend:

Bakıda və Abşeron yarımadasında fevralın 7-si günün ikinci yarısından 10-dək güclü şimal-qərb küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 10-da külək mülayimləşəcək. Fevralın 8-də havanın tutqun, axşama doğru yağıntılı olacağı, gecə sulu qara keçəcəyi, 9-da fasilələrlə sulu qar, qar yağacağı gözlənilir.

Havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-8° aşağı enəcəyi, 09-10-da gecə və səhər saatlarında 1-3° şaxta olacağı gözlənilir.

Azərbaycanın rayonlarında fevralın 7-də gecə saatlarından başlayaraq Respublikanın əvvəlcə qərb rayonlarında, günün ikinci yarısında şimal rayonlarında, 8-dən isə əksər rayonlarda yağıntılı olacağı, fasilələrlə sulu qar, qar yağacağı gözlənilir. Dağlıq və dağətəyi rayonlarda yağıntıların intensivləşəcəyi ehtimalı var. Fevralın 10-da yağıntılar tədricən zəifləyəcək.

Şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 8-10° aşağı enəcək. Fevralın 11-dək yollar buz bağlayacaq.

Xəbər lenti

Xəbər lenti