...

Türkiyədəki zəlzələnin süni yaradılması ilə bağlı iddialar yalandır - Qurban Yetirmişli

Cəmiyyət Materials 6 Fevral 2023 13:34 (UTC +04:00)
Türkiyədəki zəlzələnin süni yaradılması ilə bağlı iddialar yalandır - Qurban Yetirmişli
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyədə baş verən zəlzələnin süni yaradılması ilə bağlı iddialar yalandır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, bu, yer təkində gedən proseslərdir. Hərə bir söz deyə bilər. Amma bu süni yaradılmış partlayış deyil, yerin altındakı prosesdir.

Xatırladaq ki, bu gün Türkiyənin müxtəlif bölgələrində 7.4 bal gücündə zəlzələ olub. İndiyədək zəlzələ nəticəsində ölənlərin sayı 280 nəfəri keçib. 2323 nəfər yaralı var. 1700-dən çox bina dağılıb.

Xəbər lenti

Xəbər lenti