...

"BakıKART"a onlayn pul yükləyənlərin nəzərinə: qeydiyyatdan keçməlisiniz!

Cəmiyyət Materials 6 Fevral 2023 14:20 (UTC +04:00)
"BakıKART"a onlayn pul yükləyənlərin nəzərinə: qeydiyyatdan keçməlisiniz!
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

"BakıKART" ödəniş sistemində əlavə funksionallığın tətbiq edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə bildirilib ki, bu çərçivədə artıq "BakıKART" balansının onlayn artırılması yenilənmiş www.bakikart.az saytı vasitəsilə həyata keçirilir. Bunun üçün istifadəçilərdən "QEYDİYYAT" bölməsinə daxil olub qeydiyyatdan keçmələrini xahiş edirik. Online.bakikart.az saytında hesabları olan istifadəçilərin də həmçinin qeyd olunan qaydada qeydiyyatdan keçmələri xahiş olunur.

Yenilənmiş portal vasitəsilə BakıKart portalında olan elektron pul kisəsinə yükləmə, BakıKart kartlarının balansının artırılması, yükləmələrin tarixçəsinin izlənilməsi kimi funksiyalar təmin edilib.

Bundan başqa, İOS və Android əməliyyat sistemlərində işləyən mobil cihazlar üçün fevral ayı ərzində BakıKart mobil tətbiqi istifadəyə veriləcəkdir. Veb portal və mobil tətbiq vahid hesab əsasında fəaliyyət göstərəcək. Mobil tətbiq istifadəyə verilməklə QR bilet vasitəsilə ödənişin tətbiq edilməsi də nəzərdə tutulub.

Qeyd olunanlarla bağlı hər hansı sualınız yarandığı təqdirdə 141 və ya *4343 qısa nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti